Bu gündən Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan günləri başlayıb.
İnterpress.az xəbər verir ki, martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.
Bu çərçivədə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.