20 əsgər “cəhənnəm topu”nun qurbanı oldubackend

20 əsgər “cəhənnəm topu”nun qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müxalif “Bədr şəhidləri briqadası”nın komandiri İyad Əbu Semir bu barədə məlumat verib. Komandirin sözlərinə görə, rejim qüvvələrinin nəzarətində olan bir binaya ağır silahlarla hücum edilib. Müxaliflər hücumda “cəhənnəm topu” adı verdikləri, kustar üsulla hazırlanan silahdan istifadə ediblər. 1500 metrlikdəki hədəfi vuran top 200 kvadratmetrlik bir sahəni dağıdır.

Əbu Semir deyib ki, əsgərlərin istifadə etdikləri daha 5 binaya da hücum edilib. Müxalif komandir üsyançıların Hələbin Şeyx Maqsud və Xalidiyə bölgələrində də uğurlu əməliyyat keçirdiklərini bildirib. Əsəd tərəfdarı olan qüvvələr isə Hələbin şimalında müxaliflərin nəzarətindəki bölgələrə barrel bombasıyla hücum edib.

Rejim qüvvələrinin Hələbdə təqribən bir ildir davam edən mühasirə cəhdləri son bir həftədə daha da artıb. Müxaliflər şəhərin mərkəzini digər bölgələrlə əlaqələndirən 4 kilometrlik dəhlizi bağlamaq istəyirlər.

İnterpress.az