Belə ki, səhər saat 9 radələrində Niğdenin Səlcuk qəsəbəsinə gedən 87 yaşlı Süleyman Büyükakkaşın idarə etdiyi avtomobil dəmiryol keçidini keçmək istəyəndə relslərə ilişib.
İnterpress.az xəbər verir ki, bu zaman sürətlə gələn sərnişin qatarı onu vuraraq yolun kənarına atıb.
Nəticədə maşında olan 73 yaşlı Mehmet Yılmaz hadisə yerində ölüb, sürücü Süleyman Büyükakkaş yaralı halda xəstəxanaya aparılsa da orada vəfat edib.
Baş verən qəza kamera tərəfindən qeydə alınıb. Araşdırma zamanı bəlli olub ki, Süleyman Büyükakkaşın qardaşı Necdet də 2012-ci ildə oxşar qəzada həyatını itirmişdi.
İnterpress.azhttps://youtube.com/watch?v=QteICWW14kM