İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qayda qaçqınlara və təcili tibbi yardıma ehtiyacı olanlara şamil edilməyəcək.
Belçika Krallığının miqrasiya məsələləri üzrə dövlət katibi Teo Frankenanın sözlərinə görə, ödəniş miqrantın statusundan asılı olaraq dəyişəcək. Ən az məbləği təhsil və ailə məsələləri ilə əlaqədar gələnlər ödəyəcək-160 avro
İş məqsədi ilə gələnlər isə 215 avro ödəmək məcburiyyətindədir. Dövlətin bu yolla il ərzində 9 milyon avro qazanacağı proqnozlaşdırılır.
İnterpress.az