Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral Gənclər Günü ilə bağlı danışarkən deyib.
F.Şahbazlının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi: “Gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün dövlət başçısı tərəfindən çox yüksək səviyyədə davam etdirilir.
Bunun məntiqi nəticəsidir ki, bu gün gənclərimiz Azərbaycanda hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqla, dövlət idarəçiliyində yaxından iştirak edirlər.
Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq” (editor.az).
İnterpress.az