“Azəriqaz”dan əhaliyə xəbərdarlıqbackend

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, ölkə üzrə “Modenis” MMC-yə məxsus “eManat” və “Komtec” LTD-yə məxsus “MilliÖN” ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 00:00-dan etibarən fevralın 3-ü saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə “Smart kart” tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq.

Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

İnterpress.az