İnterpress.az xəbər verir ki, bu fikirlər Uels şahzadəsi barədə yeni “Çarlz: kralın ürəyi” kitabında yer alıb.
Kitabın müəllifi “Tayms” qəzetinin müxbiri Ketrin Mayerdir. Onun yazdığına görə, şahzadə heç bir zaman nominal fiqur olmağa razılaşmayacaq. Mayerlə söhbətində şahzadə bildirb ki, dinamikasını itirmədiyi sübut etmək istəyir. Kitabdan bəzi çıxarışların yayılması isə artıq qalmaqala səbəb olub.
Şahzadənin nümayəndələri açıqlama ilə çıxış edərək bildiriblər ki, kitab Çarlzın rəsmi tərcümeyi-halını əks etdirmir. Onlar mətnin şahzadə ilə razılaşdırılmadığını və müəllifin öz fikirləri olduğunu vurğulayıblar.
İnterpress.az