Gecənin dəhşətli xəbəri: ölən və yaralananlar var – FOTOLARbackend

Gecənin dəhşətli xəbəri: ölən və yaralananlar var – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının şəxsiyyəti məlum olub.

İnterpress.az-ın məlumatına görə bu, Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Nigar Əliinsan qızı Abıyevadır.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

19:22

Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb, iki nəfər – Masallı rayon sakinləri, 1962-ci il təvəllüdlü Məhəmmədqulu Əliş oğlu Abıyev və 1970-ci il təvəllüdlü Sevil Nüsrət qızı Abıyeva xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisə qohumlarının yas mərasimindən qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.