Ellada Məmmədli: “Bizi partiyadan çıxarmaq üçün zəmin hazırlandı”backend

Ellada Məmmədli: “Bizi partiyadan çıxarmaq üçün zəmin hazırlandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Müsavat Divanının iclasında xəbərdarlıq alan partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib.

Ellada Məmmədlinin sözlərinə görə, Divanda ona iki məsələ ətrafında ittihamlar irəli sürülüb: “Bunlardan biri ADR Hərəkatındakı fəaliyyətim, ikincisi isə ifadə azadlığım – sosial şəbəkələrdə və mətbuatda söylədiyim fikirlər olub. Verilən qərar Qadınlar Birliyinin fəaliyyəti ilə bağlı deyildi”.

Partiya təmsilçisinin sözlərinə görə, barəsində çıxarılan qərarı qəbul etmir: “Mən bu qərarı qəbul etmirəm. Heç bir nizamnamə pozuntusu etməmişəm. Bu qərar növbəti addımlar üçün hazırlıqdır. Məni və Qubad İbadoğlunu partiyadan xaric etmək üçün zəmin hazırlandı. Yəqin ki, növbəti addımda bizi partiyadan çıxaracaqlar”.

Ellada Məmmədli bildirib ki, Müsavatçıların Hüquqlarının Müdafiə Komitəsi bununla bağlı müzakirə apararaq bəyanat qəbul edib.

Elnarə
İnterpress.az