İnterpess.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Orduya aid döyüş təyyarələrinin müxaliflərin nəzarət etdiyi Deranın Casim bölgəsinə etdiyi hücumda 17 nəfər həlak olub, onlarla adam yaralanıb.
Rejim qüvvələrinin helikopterlərinin İdlibin Xan Şeyhun rayonunundakı sənaye bölgəsinə barrel bombası atması nəticəsində də 17 nəfər ölüb, 25 nəfər yaralanıb.
Bunlardan əlavə Əsəd qüvvələri Dəməşqin Şərqi Quta bölgəsiylə Duma rayonlarına da vakum bombasıyla hücum edib. 10 adam ölüb, 75 nəfər isə yaralanıb.
Yerli fəalların sözlərinə görə, hücumlar nəticəsində çox sayda bina, iş yeri və avtomobil qəzalı vəziyyətə düşüb.
İnterpress.az