Neft 1%-dən çox ucuzlaşıb. İnvestorlar ilk növbədə Çində tələbin azalması perspektivlərini qiymətləndirirlər.
İnterpress.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 1,2% ucuzlaşaraq, 1 bareli 107,03 ABŞ dollarına satılıb.
WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,22% düşərək, 1 bareli 102,52 ABŞ dolları təşkil edib.
Çində koronavirusa yoluxmanın artması fonunda hərəkət məhdudiyyətinin sərtləşdirilməsi “qara qızıl”a olan tələbə təsir edə biləcəyi ehtimal olunur.