İnterpress.az xəbər verir ki, Tatarıstanın paytaxtı Kazanda keçirilən müsabiqədə “Barış” qrupu ustad Şəhriyarın “Heydər babaya salam” poemasından bir hissəni rok tərzində ifa edib.
Müsabiqədə 8-ci yeri tutan “Barış” qrupunun nümayəndəsi Məsud Əmir Sepehri sosial şəbəkədəki statusundan sonra fəaliyyətinə qadağa qoyulduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanları qrupun konsertlərinə icazə verilməyəcəyini açıqlayıb. Qadağa qərarını Şərqi Azərbaycan vilayətinin polis rəisi İsmayılzadə imzalayıb.
İnterpress.az