Abşeronda avtomobil piyadanı vuraraq öldürübbackend

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.

İnterpress.az-ın məlumatına görə, hadisə mayın 3-ü saat 21:30 radələrində rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşid Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – 1976-cı il təvəllüdlü Yadigar Əmiraslanovu vurub. Xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.