Fransada tətil səbəbindən Eyfel qülləsi BAĞLANDIbackend

Fransada tətil səbəbindən Eyfel qülləsi BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ümummilli tətil səbəbindən Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə qüllənin rəsmi elanında məlumat verilib.

Bildirilib ki, ölkə üzrə keçirilən ümummilli tətil səbəbindən Eyfel qülləsi bu gün fəaliyyət göstərmir və ziyarətçilərin girişinə icazə verilmir.

Elektron bilet əldə etmiş şəxslərdən elektron poçtlarını yoxlamaları xahiş olunub.

Administrasiya yaranmış narahatlığa görə ziyarətçilərdən üzr istəyib.

Xuraman Etibarlı

İnterpress.az