Ananaslı pizza hazırlamaqdan imtina edən aşpaz işdən QOVULDUbackend

Ananaslı pizza hazırlamaqdan imtina edən aşpaz işdən QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada ananaslı pizza hazırlamaqdan imtina edən italiyalı aşpaz işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İtaliyalı aşpaz ananasın pizzada istifadə olunmasını öz mədəniyyətinə qarşı təhqir hesab edərək bu cür yeməkləri hazırlamaqdan imtina edib.

O, ənənəvi olmayan içliklə pizza hazırlanmasına üç dəfə mane olub.

Aşpazın işdən çıxarılmasında son səbəb isə 15 min dollarlıq (təxminən 25 min 500 manat) ziyafət sifarişi olub. Müştəri çoxlu sayda vetçina və ananaslı pizza sifariş edib.

Aşpaz işdən çıxarılmasına qarşı məhkəməyə müraciət etsə də, şikayətini gec təqdim etdiyi üçün məhkəmə işə baxmayıb.

Bununla belə, italiyalı artıq ananasın menyuda olmadığı başqa bir restoranda yeni iş tapıb.

Xuraman Etibarlı

İnterpress.az