ABŞ-də SİLAHLI HÜCUM: İki nəfər öldü, dörd nəfər yaralandı – VİDEObackend

ABŞ-də SİLAHLI HÜCUM: İki nəfər öldü, dörd nəfər yaralandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tampa polisi bank filialını soymağa cəhd edən silahlı bir kişini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-nin Florida ştatının Tampa şəhərində yerləşən “Citibank” şirkətinin ofis kompleksində silahlı hücum baş verib. Hadisə nəticəsində bir qadın həlak olub, hücum edən şəxs isə mühafizəçi ilə atışma zamanı öldürülüb.

Daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, silahlı şəxs avtomobillə kompleksin ərazisinə daxil olaraq əvvəlcə həyətdə bir qadına atəş açıb, daha sonra binanın yeməkxanasına keçib.

Burada “Citibank”ın silahlı mühafizəçisi ilə qarşıdurma yaranıb. Mühafizəçi atəş açaraq hücumçunu zərərsizləşdirib.

Hadisə zamanı kompleksdə təxminən 3 200 nəfər olub. Hillsborough dairəsinin şerif idarəsi polis əməkdaşlarının hadisə yerinə çatmasını və binadan insanların təxliyəsini əks etdirən videonu yayımlayıb.

Görüntülər əməkdaşlardan birinin bədən kamerası ilə qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az