Qurudulmuş balıqda parazit AŞKARLANDI – 19 nəfər YOLUXDUbackend

Qurudulmuş balıqda parazit AŞKARLANDI – 19 nəfər YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qurudulmuş balıq yeyən 19 nəfər parazitə yoluxub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Saratov vilayətində pivəxana şəbəkələrindən birində qurudulmuş balıq yeyən 19 nəfər opistorxoz xəstəliyinə səbəb olan parazitlərə yoluxub.

Məlumata görə, “Pivzavod” şəbəkəsinin satışda olan qurudulmuş çapaq balığında xəstəliyi törədən sorucu qurdlar aşkarlanıb.

Hadisədən sonra mağazalardan ümumilikdə 35 kiloqram balıq müsadirə edilib, digər balıq məhsullarının satışı isə dayandırılıb.

Opistorxoz əsasən parazitlərlə yoluxmuş, kifayət qədər emal edilməmiş balıqların yeyilməsi nəticəsində insana keçir.

Xəstəliyin əsas əlamətləri qızdırma, ürəkbulanma, dəri səpgiləri, əzələ və oynaq ağrılarıdır.

Xuraman Etibarlı

İnterpress.az