İnterpress.az xəbər verir ki, vəkil bununla bağlı Türkiyə parlamentinə müraciət edərək təklifin qadınlara qarşı təcavüz hallarını azaltmaq məqsədi daşıdığını deyib.
Türkiyə Böyük Millət Məcisinin ərizələr şöbəsi müraciətin artıq millət vəkilərinə təqdim olunduğunu bildirib.
Müraciətin müəllifi Yavuz Balkanın sözlərinə görə, qadınlara qarşı təcavüz hadisələrinin 80%-i kişilərin cinsi ehtiyaclarını ödəyə bilməməsindən qaynaqlanır: “Bu hadisələrin 10%-i də ərlərin evdən uzaqlaşdırılması qərarından qaynaqlanır. Kişilər bunu şəxsiyyətlərinə sığışdıra bilmirlər”.
Vəkil bildirib ki, kişi və qadınlarda cinsi hormonlar daima fəaliyyətdədir: “Bu ehtiyacların ödənilməsi lazımdır. Ödənilməzsə ya qadına təcavüz edir, ya əllə toxunmaqla zövq almağa çalışır, ya da öldürür. Əgər kişilər cinsi ehtiyaclarını ödəyərlərsə, qadına qarşı işlənən cinayətlərin 99%-nin qarşısı alınar”.
İnterpress.az