Prosesdə hüquq müdafiəçisinin vəkillərinin yanında əyləşdirilməsinə dair vəsatəti təmin olunub.
Proses zamanı İntiqam Əliyevin səhhəti pisləşib və bu səbəbdən fasilə elan edilib. İntiqam Əliyev məhkəməyə gətirilərkən ağır şəraitdə gətirilməsi onun səhhətinə ciddi təsir edib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət olunacağını bildirib.
Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqust ayında həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.
Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb. ( musavat.com )
İnterpress.az