Ukraynadan Rusiya vətəndaşlarına daha bir qadağabackend

Ukraynadan Rusiya vətəndaşlarına daha bir qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, belə bir təkliflə Ukraynanın baş naziri Arseniy Yatsenyuk çıxış edib. Baş nazir qeyd edib ki, Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsi lazımdır.

Yeni sistem Avropa qaydalarına uyğun həyata keçirilir.

Yatsenyuk deyib ki, hökumət Rusiya vətəndaşlarının daxili pasportları artıq qüvvədən düşür. Lakin diplomatik və xidməti pasportlar öz qüvvəsində qalacaq. Baş nazir Rusiya prezidenti Putinin bir müddət əvvəl dediyi “Dövlət sərhədini keçmək üçün xarici pasport mütləq lazımdır” sözünə əməl etdiklərini bildirib. “Biz artıq onun xahişini eşitdik. İndi Rusiya vətəndaşları Putin dediyi kimi xarici pasportdan istifadə etməlidilər” deyə baş nazir vurğulayıb.

Yatsenyukun sözlərinə görə, belə bir addım Rusiya ilə sərhəddə nəzarəti nisbətən gücləndirməkdə yardım edər.

İnterpress.az