Prosesdə təqsirləndirilən şəxsin vəkilləri zərərçəkmiş Gülşən Orucovanın bank hesabına köçürülmüş pulun hesabdan çıxarılıb-çıxarılmamasının araşdırılması barədə vəsatət veriblər.
Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra İ. Əliyevə ifadə vermək təklif olunub.
İ. Əliyev müdafiəsinə şərait yaradılmadığını əsas gətirərək, ifadə verməkdən imtina edib.
Məhkəmə baxışı fevralın 19-da davam etdiriləcək.
İnterpress.az