Putin Ukraynaya atəşkəs təklifi verdibackend

Putin Ukraynaya atəşkəs təklifi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seperatçılar isə atəşkəslə bağlı şərtlərini açıqlayıblar. İnterpress.az xəbər verir ki, Rusiya mətbuatı Kremldəki qaynağa istinadən bu barədə məlumat yayıb. Bir neçə gün əvvəl Minsk görüşünün nəticəsiz qurtarmasına səbəb seperatçıların sərt tələbləri olub.

100 min silahlı toplayacaqlarıyla bağlı açıqlama ilə gündəmə gələn Donetsk və Luqansk “respublikaları”nın rəhbərləri Aleksandr Zaxaraçenko və İqor Plotnitskiy atəşkəslə bağlı şərtlərini açıqlayıblar. Belə ki, Kiyev Minsk görüşmələri üçün rəsmi nümayəndə təyin etməli, yaşayış məntəqlərinə hücumlar dayandırılmalı və ağır silahların çəkiləcəyi sərhədin müəyyən olunması istənilir.

Seperatçı liderlər yanvar ayında çox itki verdiklərini bildirərək ölən insanların xatirəsinə zərər verməmək üçün indiki yerdə dayana biləcəklərini açıqlayıblar: “Biz qan axmasını istəmirik. Minsk görüşmələrinin uğursuz nəticələnməsindən biz məsul deyilik. Buraya rəsmi nümayəndə göndərməyən Ukrayna prezidenti məsuliyyət daşıyır”.

İnterpress.az