Bakının 92 məktəbində tikinti və təmir işləri aparılıbbackend

Bakının 92 məktəbində tikinti və təmir işləri aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 92 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 172, 205, 307 nömrəli tam orta məktəblər).

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsində yeni məktəb, Binə qəsəbəsində 88, Xocasən qəsəbəsində 33, Yeni Yasamal Yaşayış Massivində 133 nömrəli tam orta məktəblər) tikintisi tamamlanıb.

Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi (292), Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi (304)) tikintisi ilə əlaqədar son tamamlanma işləri aparılır.

Həmçinin hazırda 3 məktəbdə (35, 87, 263) köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.