Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni 23-1, 34-1 və 45-1 maddələrinin əlavə olunması barədə layihə hazırlanıb.
Layihəyə əsasən, yeni 23-1 (Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri) maddədə deyilir ki, rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Digər yeni 34-1 maddəsində (Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri) qeyd olunub ki, hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı – ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Layihədəki digər 45-1 maddədə (İqtisadi – inzibati məhkəmə sədrinin müavinin səlahiyyətləri) isə bunlar göstərilib: “İqtisadi – inzibati məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati – iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir”.
Qeyd olunub ki, hazırda həmin məhkəmə sədrlərinin müavinlərinin bu səlahiyyətləri yoxdur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
İnterpress.az