Hadisə 2014-cü il avqust ayında baş verib.
Bakı şəhər sakini Gülşən İmranovayanın etibarından sui-istifadə edərək ona 42.000 manat dəyərində saxta zərgərlik məmulatları satıblar.
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən – Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar, 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az