Narkomanlar niyə narkotikdən imtina edə bilmir? – ARAŞDIRMAbackend

Narkomanlar niyə narkotikdən imtina edə bilmir? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Journal of Neuroscience” nəşrindəki məqalədə bildirilir.

Mütəxəssislərin araşdırmasına görə, bunun nəticəsində narkomanlar hərəkətlərinin nəticəsindən “razı qalırlar”. Bura hətta onların həbsxanaya düşməsi, yaxud yaxın adamlarını itirməsi də daxildir.

“Alimlərə çoxdan aydındır ki, insanın öz hərəkətlərindən xeyir və zərər gözləmək səviyyəsi dofaminin səviyyəsinin dəyişməsindən asılıdır. Bu da orta beyindən sinir hüceyrələri vasitəsilə yayılır. Tədqiqatçılar elektroençefaloqrafiya vasitəsilə 50 kokain istifadəçisi və 25 sağlam şəxsdən ibarət qrupun üzrərində araşdırma aparıb. Qrup üzvlərinin beyninin aktivliyi yoxlanılıb” deyə məqalədə bildirilir.

Araşdırma həmin şəxslər qumar oyunları oynayarakən aparılıb. Hər bir iştirakçıya udub və ya uduzduqları raundları dəyərləndirmək təklif edilib.
Aşkar olunub ki, kokaindən asılı olan narkomanlar uduş riskinə zəif reaksiya verirlər. Bu fakt narkomanların real risk və təhlükələrə qarşı şüursuz davranışının səbəbini ortaya çıxarmağa kömək edib.

Bundan əlavə alimlər sağlam insanlarda ani uduş qarşısında beyində müsbət emosiyalara cavab verən hissəsinin xüsusi aktivliyini qeydə alıblar.
Alimlərin fikrincə, narkotik asılıları maddəni beynin müəyyən funksiyalarını normallaşdırmaq üçün qəbul edirlər.

İnterpress.az