İranda türk adı uğrunda 210 günlük mübarizəbackend

İranda türk adı uğrunda 210 günlük mübarizə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, uşaqlara əsasən dini adlar verilir.

Dövlət qurumları tərəfindən hazırlanan siyahıda yer almayan adların uşaqlara verilməsi ancaq ciddi araşdırmalardan sonra mümkün olur. Güney Azərbaycandan olan Firuz Yusifi adlı şəxs bir il öncə dünyaya gələn övladına Alp Orxan adını qoymaq üçün 210 gün mübarizə aparıb.

Firuz Yusifi övladı dünyaya gələndən sonra ona Alp Orxan adına doğum şəhadətnaməsi almaq istəsə də, əlaqədar qurumlar bu adın uşağa verilməsinə razılıq verməyib.
Firuz Yusifi hüquq müstəvisində 210 gün mübarizə aparıb. Nəhayət Tehrandan uşağa həmin adın qoyulması üçün razılıq almaq mümkün olub.

Beləliklə də uşaq İranda Alp Orxan adı verilən ilk şəxs olub.

İnterpress.az