Türkiyənin Balıkəsir şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi narkotik əməliyyatında 10 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.
Belə ki, saxlanılan şəxslərdən 544,29 qram metamfetamin, 33 min 834 ədəd sintetik əczaçılıq həbləri, 75,73 qram geni dəyişdirilmiş çətənə və digər narkotik maddələr aşkarlanıb.