Bəşər Əsədin iqamətgahı bombalandıbackend

Bəşər Əsədin iqamətgahı bombalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rəsmi xəbər agentliyi SANA hücumda 2 nəfərin, rejim qüvvələrinin əks-hücumunda isə 7 nəfərin öldüyünü bildirib.

Hücum səhər saatlarında Dəməşqin Mezze, Cisir Abyad və Rükneddin bölgələrinə edilib. Müxaliflərin yaydığı məlumata görə, Dəməşqdəki Hava Qüvvələrinin Kəşfiyyat İdarəsi, “8 mart” Topçu Birliyi, Baş Kəşfiyyat İdarəsi, Baş Nazirlik, Xarici İşlər Nazirliyi, Baş Qərargah binaları ilə Bəşər Əsədin Malki bölgəsindəki qərargahı hədəf olub.
Rejim qüvvələri hücuma cavab veriblər. Müxaliflərin nəzarətində olan Duma bölgəsinə havadan zərbələr endirib. Nəticədə 7 nəfər ölüb, onlarla adam isə yaralanıb.

İslam ordusu dünən yaydığı açıqlamada xalqa müraciət edərək iş vaxtı çölə çıxmamağa çağırıb.

İnterpress.az