Bunu İnterpress.az-a Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirib.
Razim Əmiraslanlı qeyd edib ki, Qubad İbadoğlu partiyanın qərargahında Divanın onun şərtləri ilə bağlı qərarını gözləyə bilər: “Divanın adından heç kəs qərar verə bilməz. Qubad bəy də qərargahda qərarı gözləyə bilər”.
Məlumat üçün bildirək ki, Qubad İbadoğlu Divanın fevralın 6-da keçiriləcək iclasına qatılmaq üçün bəzi şərtlər irəli sürüb. Bu şərtlər Divanın iclasını açıq keçirmək, hər bir partiya üzvünə iclasın gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq hüququ verilməsidir.
Elnarə
İnterpress.az