Abşeron rayon Mərkəzi Xəstəxanasının rəhbəri işdən çıxarılıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Abşeron rayon Mərkəzi Xəstəxanasının rəhbəri Mehriban Qaralova vəzifəsindən azad edilib.
Onun yerinə həkim Azər İsmayılov təyin edilib.
Qeyd edək ki, Mehriban Qaralova uzun müddət idi bu vəzifədə çalışırdı.