BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Ukraynaya səfər edəcəkbackend

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkü dekabrın 4-də Ukrayanaya səfər edəcək.

Bu barədə İnterpress.az BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, 3 günlük səfər çərçivəsində o, Kiyevə və Kiyev vilayətindəki yaşayış məntəqələrinə səfər edəcək. Onun Xarkov, İzyum, Ujqorod şəhərlərinə gedəcəyi də gözlənilir.

Səfər zamanı o, yerli hakimiyyət orqanları, itkin düşmüş mülki şəxslərin qohumları və hərbi əsirlərin qohumları ilə görüşəcək. Dekabrın 7-də Kiyevdə onun yekun mətbuat konfransı keçiriləcək.