Çinin “Hong-6K” və Rusiyanın “Tupolev” və “Sukhoi” tipli bombardmançı təyyarələri Şərqi Çin dənizi və Yapon dənizində birgə təlimlər keçirib.
İnterpress.az xəbər verir ki, təlimlər çərçivəsində Rusiya və Çin təyyarələri bir-birinin hərbi bazalarına eniş edib.
Yaponiya Müdafiə Nazirliyi Yaponiyanın milli hava məkanının pozulmadığını açıqlayıb.
Buna cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) döyüş təyyarələri bölgədə havaya qalxıb.