Güney azərbaycanlı idmançı və qayayadırmanma üzrə qadınlardan ibarət İran milli komandasının üzvü olan tanınmış idmançı Elnaz Rekabinin ailəsinə beynəlxalq yarışda hicabsız çıxış etdikdən sonra təzyiqlər davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə idmançının qardaşı Davud Rikabi məlumat verib.
O, kiçik bağ evlərinin hökumətə bağlı qüvvələr tərəfindən qanunsuz olaraq söküldüyünü və özünə qarşı fiziki təzyiq göstərildiyini yazıb.
Güney Azərbaycanın Zəncan şəhərindən olan gənc xanım alpinist Elnaz Rikabi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etdiyi üçün İrana qayıtdıqdan sonra təhlükəsizlik məmurlarının basqıları ilə üzləşib və ev dustağı edilib.






