Molla rejimi azərbaycanlı jurnalistə təzyiq göstərirbackend

Molla rejimi azərbaycanlı jurnalistə təzyiq göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrizdə yaşayan media fəalı və jurnalist Aydın Təbrizinin fəaliyyətinin təhlükəsizlik orqanları tərəfindən qadağan edildiyi deyilir.

İnterpress.az xəbər verir ki, molla xunta rejimi azərbaycanlı jurnalisti təhlükəsizlik idarəsinə çağrılaraq fəaliyyətini dayandırması üçün təzyiqlər edir. Buna səbəb azərbaycanlı jurnalistin etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırmasıdır.

Aydın Təbrizi bundan öncə də fəaliyyətlərinə görə təzyiq, təqib və həbsə məruz qalıb.