“Azərbaycan bu məsələdə Rusiya ilə Qərbi birləşdirməməlidir” – Politoloqbackend

“Azərbaycan bu məsələdə Rusiya ilə Qərbi birləşdirməməlidir” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb açıq söyləməsə də, rus ordusunun Qarabağda qalmağa davam etməsində maraqlıdır”.

Bu sözləri Qarabağ ərazisində baş verən prosesləri, o cümlədən erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın açıqlamasına toxunan politoloq Şahin Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya qismən də olsa, məlum hadisələrdən fayda götürür:

“Çünki bu tip hadisələr “Rusiya olmasa, azərbaycanlılar və ermənilər yenidən bir-birini boğazlayar, Bakı Qarabağdakı erməniləri yaşatmaz” alqısını istər-istəməz gücləndirir, Qarabağdakı rus hərbi mövcudiyyətinə legitimlik qazandırır. Belə bir vəziyyətdə Qərb açıq söyləməsə də, rus ordusunun Qarabağda qalmağa davam etməsində maraqlı olur. Azərbaycan bu məsələdə Rusiya ilə Qərbi birləşdirməməlidir. Soyuqqanlı və aydın strategiya üzrə məqsədyönlü siyasətə ehtiyac var”.