Ələt-Astara yolunda qəza tıxaca səbəb olubbackend

Ələt-Astara yolunda qəza tıxaca səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 78-ci kilometrliyində Salyan rayonunun Şorsulu kəndi ərazisində inşaat işləri aparan “EVROSCON” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil də sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb.

Əraziyə cəlb olunan BDYP əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb. Yolda avtomobillərin hərəkəti tam bərpa olunub.

İnterpress.az