Balıkəsirdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 7 şübhəli yaxalanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Balıkəsir Respublika Prokurorluğu FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində pullu və qabaqcadan ödənişli telefonlarla zəng etdikləri, təşkilata aidiyyəti ilə bağlı ifadələri olan 10 şübhəli haqqında həbs qərarı çıxarıb.
Əməliyyatda saxlanılan 7 şübhəlinin istintaqı davam etdirilir.
Polis digər 3 şübhəlinin tutulması üçün işlərini davam etdirir.