İnterpress.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən \”Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti\” adlı konfransda bildirib.
Onun sözlərinə görə, cəmiyyətdə insanlar yanlış çağırışların arxasınca getməməlidirlər: \”Çağırışların hamısı heç də mütərəqqi olmur. Bəziləri hətta mürtəce çağırışlar olur. Bizi təhdid edən çağırışlar ölkədə sabitliyin pozulmasına cəhd edə bilər və biz bunun şahidi oluruq\”.
B.Muradova qeyd edib ki, yeni ailə quran gənclər ilk növbədə Ailə Məcəlləsinin mövcudluğundan, ümumilikdə qanunlardan xəbərdar olmalıdır: \”Biz ailədə yalnız şəriətə və dini qanunlara istinad etməli deyilik. Biz dünyəvi ölkədə yaşayan insanlar kimi bu məsələlərə milli-mənəvi dəyərlər gözündən baxmalıyıq\”.
İnterpress.az