Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Çində rəsmi səfərdə olduğu bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Lula da Silva aprelin 12-15-də Pekində danışıqlar aparacaq.
Səfər zamanı Braziliya prezidenti çinli həmkarı Si Cinpin və digər rəsmi şəxslərlə görüşəcək.