Bakının Səbail rayonu, “Tarqovı” kimi tanınan ərazidə kanalizasiya suları Əziz Əliyev küçəsinə axır.
Bu barədə İnterpress.az-a bir qrup şəhər sakini məlumat verib.
Bildirilib ki, kanalizasiya suları ərazidə ucaldılan Xurşudbanu Natəvanın heykəlinin ətrafına dolub.
Məlumata görə, bir müddətdir yaşanan problemlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, məsələ öz həllini tapmayıb.
Ümid edirik ki, şəhər sakinlərinin və paytaxtımızın qonaqlarının daha çox ziyarət etdiyi bu məkandakı problem tezliklə aradan qaldırılacaq.