Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.
Məlumata görə, Kərimli-Yaqublu avtomobil yolunda rayonun Mollalı kənd sakini 1984-cü il təvəllüdlü Aybəniz Kamil qızı Hüseynova idarə etdiyi “Changan” markalı avtomobili yol kənarındakı ağaca vurub.
Nəticədə maşında olan sərnişin, Mollalı kənd sakini 1996-cı il təvəllüdlü Şamo Kamil oğlu Əzizov xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.