Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Bu barədə İnterpress.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
Belə ki, hadisə şəhərin 12-ci mikrorayonunda 22 saylı binada qeydə alınıb.
4 cü mərtəbədə başlayan yanğın mınzilin 20 kvadrat metr ərazisini əhatə edib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğın söndürənləri cəlb olunub.
Yanğının digər mənzillərə keçməsini qarşısı alınıb.
Araşdırma aparılır.