Gəncə şəhərində Körpü-Tikinti şirkətinə məxsus avtomobil digər minik avtomobilinlə toqquşub, xəsarət alan var.
Bu barədə İnterpress.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
Gəncə şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə “Suziki” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, “Suzuki” markalı avtomobil Körpü-Tikinti şirkətinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.






