Sumqayıtda kişi hovuzda faciəli şəkildə öldü – TƏFƏRRÜATLARbackend

Sumqayıtda kişi hovuzda faciəli şəkildə öldü – TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda hovuza tullanan kişinin ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Bu barədə İnterpress.az özəl məlumat əldə edib.

Sumqayıtda hovuza tullanan kişi ölüb.

Hadisə “Neptun” istirahət mərkəzində baş verib.

35 yaşlı Elşad Füzuli oğlu Rəsulov hovuza tullanarkən boynu qırılıb.

Hadisənin təfərrüatlarını öyrənmək üçün İstirahət mərkəzinin adminstratoru Orxan Əliyev İnterpress.az-a bildirib ki, 4 nəfər şəxs gecə saat 03:30 radələrində sərxoş vəziyyətdə dəniz tərəfdən istirahət mərkəzinə daxil olublar.

Mühafizəçilər tərəfindən edilən etirazlara məhəl qoymayıblar.

Dərhal Polisə məlumat verilib. Elşad Rəsulov uşaqlar üçün nəzərdə tutulan hovuzda çimmək istəyərkən boynu qırılıb.

Hadisə yerinə Təcili tibi yardım briqadası cəlb olunub.

O xəstəxanaya çatdırılsa da oradaca dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.