Salyan rayon sakini intihara cəhd edib.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.
Bildirilib ki, rayonun Arbatan kəndinin 31 yaşlı sakini Hacıyev Tural Vaqif oğlu sirkə turşusu içərək intihara cəhd edib.
Xəstəxanaya yerləşdirilən Turalın vəziyyəti hazırda ağırdır.
Faktla bağlı araşdırma aparılır.






