ABŞ-da senator Menendez 400 min dollar dəyərində külçə qızıl rüşvət almaqda ittiham olunurbackend

ABŞ-da senator Menendez 400 min dollar dəyərində külçə qızıl rüşvət almaqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da senator Menendez 400 min dollar dəyərində külçə qızıl rüşvət almaqda ittiham olunur

ABŞ Konqresində senator Bob Menendez həyat yoldaşı vasitəsilə təxminən 400 min dollar dəyərində külçə qızıl rüşvət almaqda ittiham olunur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NBC New York telekanalının məlumatına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) və ABŞ Daxili Gəlir Xidmətinin (IRS) müstəntiqləri daşınmaz əmlak maqnatı və mühakimə olunan keçmiş bank rəhbəri Fred Daibesdən rüşvət almaqda ittiham olunan Menendesi araşdırır.

Manhettendəki federal böyük münsiflər heyəti, Nyu Cersi əyalətinin senatoru Menendezin həyat yoldaşı Nadine Arslanian vasitəsilə təxminən 400 min dollar dəyərində külçə qızıl qəbul etdiyi iddia edilən istintaq çərçivəsində şahidlərin ifadələrini də dinləyib.

NBC-nin hüquq analitiki Danny Cevallos, federal qanunlara əsasən, Menendezin səlahiyyətlərindən istifadə vədi ilə rüşvət aldığı sübut olunarsa, günahkar sayılacağını söyləyib.

Menendezə rüşvət verdiyi iddia edilən Daibesin 2022-ci ildə 3 dəfə “Mariner’s Bank”a olan 1,8 milyon dollar borcu ilə bağlı işin hökmünün təxirə salındığı vurğulanır.

Menendez külçə qızılın 2020-ci ildə ona qarşı rüşvətxorluq istintaqı başladıqdan sonra ailəsinə verildiyini açıqlayıb.

Bundan başqa, senatora qarşı aparılan araşdırmalar arasında onun təcrübəsi olmamasına baxmayaraq, ABŞ-da halal sertifikatlaşdırmanı öz üzərinə götürən Misirdə yerləşən “IS EG Halal” startap şirkətindən tenderdə qalib gəlmək müqabilində rüşvət alması da var.