Azərbaycan karateçisi beşqat dünya çempionu olubbackend

Azərbaycan karateçisi beşqat dünya çempionu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

İnterpress.az-ın məlumatına görə, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən karatenin aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.