Belçikada öldürülən Britaniya vətəndaşı Rita Robertsin kimliyi 31 ildən sonra müəyyənləşib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ailəsinin talehsiz qadının cansız bədənini qolundakı çiçək döyməsindən tanıdığı məlum olub.
İNTERPOL-un qohumları tapıla bilməyən qadın meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün başlatdığı əməliyyat nəticəsində illər sonra bir nəfərin ailəsinə çatdırılıb.
Belçikada öldürülən Britaniya vətəndaşı Rita Robertsin kimliyi 31 il sonra ailəsi tərəfindən müəyyən edilib. İngilis xəbər saytında qətllərlə bağlı xəbərdə qolundakı döymə şəklini görən ailəsi bu döymənin sahibinin Rita Roberts olduğunu anlayıb.INTERPOL Polis Xidmətinin İcraçı Direktoru Stiven Kavanaq Robertsin ailəsi ilə görüşdüyünü bildirib. Belçika səlahiyyətliləri ilə döyməni gördükdən sonra qadını rəsmi olaraq təsbit etdiklərini söyləyib.
INTERPOL-un açıqlamasına görə, 1992-ci ilin fevralında İngiltərədən Belçikanın Antverpen şəhərinə gedən Rita Roberts sonuncu dəfə 1992-ci ilin mayında açıqca göndərərək ailəsi ilə əlaqə saxlayıb və onun cansız bədəni çayda tapılıb. Belçika rəsmiləri şəxsiyyətin müəyyənləşdirilməsi tamamlandıqdan sonra qətlin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.Beynəlxalq Kriminal Polis Təşkilatı (INTERPOL) öldürülən 15-30 yaş arası 22 qadının şəxsiyyətini müəyyən etmək üçün “Məni tanı” adlı əməliyyata başlayıb.
Polisdən verilən açıqlamada, may ayında başladılan əməliyyat çərçivəsində indiyədək işlərlə bağlı 1250 məlumat daxil olduğu bildirilib.