Bu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC-dən 518 min 897 nəfəri güzəştli olmaqla 21 milyon 184 min 895 sərnişin və yaxud hər gün orta hesabla 683 min 384 sərnişin istifadə edib.
İnterpress.az-ın məlumatına görə, ən çox sərnişin oktyabrın 2-də (786 min 519), ən az sərnişin isə oktyabrın 1-də (403 min 284) daşınıb.
Oktyabrın 22 iş günü ərzində metropoliten gündəlik orta statistik hesabla 768 min 36, 9 qeyri-iş günündə isə 476 min 455 sərnişin daşıyıb. “Koroğlu” stansiyası 1 milyon 739 min 323 nəfərlə hesabat ayının sərnişindaşıma lideri olub.
Aylıq daşıma koronavirus (“COVID-19”) pandemiyası elan edilənə qədərki – 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 6 % az, 2022-ci ilin eyni ayına nisbətən isə 2,6 % çoxdur.
10 ay ərzində isə metropoliten 177 milyon 975 min 429 sərnişin daşıyıb. Eyni qayda ilə 2019-cu və 2022-ci illərin müqayisəli statistikasına nəzər salsaq, sərnişin fərqi, uyğun olaraq, 7,4 % az və 6 % çox olub.